Qarabağ Universitetində kafedra müdiri vəzifəsi üzrə vakansiyalar elan olunub

Qarabağ Universitetində kafedra müdiri vəzifəsi üzrə vakansiyalar elan olunub.
Azpoost.info bildirir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat verib
Qarabağ Universitetinin Mühəndislik, Turizm, İncəsənət, Humanitar və sosial elmlər, Pedaqoji və İqtisadiyyat fakültələrində müvafiq kafedralar üzrə müdir vəzifəsinə vakansiyalar elan edilib.
Tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) kafedra müdiri” yazmaqla karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiya üzrə son müraciət tarixi 22 iyul 2024-cü ildir.
Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: https://t.ly/eLvGq
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.