Qarabağ Universitetinin 3 fakültəsinə dekan vakansiyası elan olunur

Qarabağ Universitetində Mühəndislik, İqtisadiyyat və Turizm fakültələrinə dekan vəzifələri üzrə vakansiyalar elan edilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (sahəsi üzrə) fakültə dekanı” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiyalar üzrə son müraciət tarixi 15 iyun 2024-cü ildir. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: https://t.ly/0t4h5

Əvvəlki məqalə

Səhiyyə Nazirliyinin vəzifələri artırılıb

Sonrakı məqalə

Xaricdəki Azərbaycan vətəndaşlarına nikahla əlaqədar yeni prosedur müəyyənləşir