“Qarabağ” “Zirə” ilə heç-heçə etdi

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasında qollu oyunlar seriyasını 16-ya çatdırıb. XXXI turda “Zirə”ni qəbul edən Qurban Qurbanovun yetirmələri 2:2 hesablı heç-heçəyə imza atıblar.

XV turda məhz bu rəqiblə qolsuz heç-heçə etdikdən sonra Ağdam klubu hər qarşılaşmada qol sevinci yaşayıb. On altı oyunluq qol seriyası son üç mövsümün mütləq rekordudur. “Qarabağ” 2021-ci ildə ardıcıl 15 matçda rəqib qapısına yol tapan “Neftçi” və “Zirə”ni geridə qoyub.

Qeyd edək ki, sonuncu dəfə daha uzun qol seriyasına 2019-cu ildə təsadüf olunub. 2018-2019-cu və 2019-2020-ci il mövsümlərini əhatə edən vaxtda ağdamlılar 17 matçda meydanı qolsuz tərk etməyib.

Əvvəlki məqalə

ABŞ, Britaniya və Avropa Birliyi İrana yeni sanksiyalar elan edib

Sonrakı məqalə

Çin Ukraynanı suveren dövlət kimi tanıyırmı?