“Qarabağda işləyən mədən şirkətləri Rusiyaya məxsusdur” –EKSPERT ŞƏRHİ

“İşğal altında olan bizim torpaqlarda fəaliyyət göstərən mədən saneyesi şirkətlərin Rusiyaya məxsusdur. Rusiyanın “VTB” bankı Ermənistanda ən çox kredit verdiyi biznes sahəsi də məhz Rusiyaya məxsus mədən sənayesi şirkətləridir”.
Azpost.info bildirir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, Ermənistanın dağ-mədən saneyesi bu ölkənin iqtisadiyyatında çox önəmli rol oynayır. 30 ilə yaxın davam edən işğal edilmiş Azərbaycan torpaqları da bu sənayenin tərkib hissəsinə çevrilmişdi: “İllərdir işğal etdikləri torpaqlarımızda mədənləri vəhşicəsinə istismar edib emal üçün filizləri Ermənistana göndərirdilər, qondarma qurumun da iqtisadiyyatında mədən sənayesi həlledici rol oynayırdı”.
Ekspert deyib ki, Ermənistan ixracının 40%-nə yaxınını mədən sənayesi məhsulları, büdcəsinin isə 20%-nə yaxınını bu sahədən gələn birbaşa və dolayı vergilər təşkil edirdi: “2020-ci ilin məlumatlarına görə bir tək Zəngəzur mis-molibden kombinatının da daxil olduğu “Qeopromayninq” şirkətlər qrupu vergilər şəklində Ermənistan büdcəsinə 317 mln. dollar vəsait ödəmişdi. Bu şirkətlər qrupu və ümumən Ermənistanda və işğal altında olan bizim torpaqlarda fəaliyyət göstərən mədən saneyesi şirkətlərinin tamamına yaxını Rusiya kapitalıdır, Rusiyaya məxsusdur, Rusiyanın “VTB” bankı Ermənistanda ən çox kredit verdiyi biznes sahəsi də məhz Rusiyaya məxsus mədən sənayesi şirkətləridir. “Qeopromayninq” şirkətlər qrupunun rəhbəri Rusiya vətəndaşı Roman Xudoliydir”.
“Azərbaycanın hələ də işğal altında, “rusməramlı” qüvvələrin müvvəqəti nəzarətində olan mədənlərdə bu gün də Ermənistana emal üçün göndərilən filizlər çıxarılır. Bundan başqa, hələ dəqiqləşdirilməsinə ehtiyac olan bəzi məlumatlara görə Rusiyaya yaxın qruplar həmin mədənlərdə kriptovalyuta “mayninqi” ilə qeyri-qanuni olaraq məşğul olurlar”-deyə ekspert vurğulayıb.
N.Cəfərli deyib ki, bu gün təbii resurlarımıza nəzarətin bərpa olunmasına cəhdlər həm də Rusiyanın, Kremlin birbaşa dəstəklədiyi qondarma rejimin iqtisadi maraqlarına zərbədir: “Həmin mədənlərdən çıxarılan filizlər, nadir metallar bu gün dünyanın enerji keçidinin sürətlənməsinə görə çox bahalaşan və lazım olan metal növləridir – məsələyə bu yöndən də baxmaqda yarar var”.
Əvvəlki məqalə

Səngəçalda yanacaq anbarında yanğın baş verib –

Sonrakı məqalə

İranda 23 yaşlı gəncin edam hökmü ləğv edilib