Qarabağda təşviş yaradan və əhalini Ermənistana köçməyə məcbur edən məhz qondarma rejim olub- Prezident

Qarabağda yerli əhali arasında təşviş yaradan və onları Ermənistana köçməyə məcbur edən məhz qondarma rejim olub.

Bu barədə Prezident İlham Əliyev oktyabrın 6-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edərkən bildirib.

Dövlət başçısı vurğulayıb ki, “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılmasından etibarən Azərbaycan tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə tibbi təxliyələrin təşkili prosesinə dəstək göstərilib.

Əvvəlki məqalə

Ombudsman Davit Babayanı qəbul edib

Sonrakı məqalə

“Mənim üçün ən vacib şey prezident Putinin etimadıdır”