Qarabağdakı döyüş ərazilərində insan qalıqlarının axtarışı üçün 182 əməliyyat keçirilib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) neytral vasitəçiliyi qismində iştirakı ilə ikinci Qarabağ müharibəsində döyüşlərin təsirinə məruz qalmış ərazilərdə insan qalıqlarının axtarışı və götürülməsi üçün 182 əməliyyat təşkil edilib.

Bunu BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

İ. Hüseynova bildirib ki, 90-ci illərdə itkin düşmüş 118 şəxsin ailəsindən 283 bioloji referent nümunəsi toplanıb: “3 müşayiətçi bioloji referent nümunələrinin toplanması prosesi zamanı itkin düşmüş şəxslərin ailələrinə dəstək göstərib. 67 itkin düşmüş şəxsin ailəsinə nağd pul yardımı göstərilib. 30 müşayiətçi itkin düşmüş şəxslərin ailələrinə COVID-19 pandemiyası və eskalyasiya ilə əlaqədar məsafədən dəstək göstərməyə davam edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda baş vermiş dəhşətli qəzadan görüntülər –

Sonrakı məqalə

Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü keçirilir