“Qarabağ”dan tarixi qələbə –Avropa Liqasının pley-offuna yüksəldi

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.

Azərbaycan təmsilçisi “Qarabağ” da qrupda sonuncu və vacib matçına çıxıb.

Qurban Qurbanovun komandası Bakıda “Hekken”i qəbul edir. Bugünkü görüş “Qarabağ” və Azərbaycan futbolu üçün tarixi nəticə ilə yadda qalıb. İsveçdə keçirilən matçda “Hekken”ə 1:0 hesabı ilə qalib gələn Ağdam klubu bu oyunda da rəqibini  üstələyib və 2-ci yerin sahibi kimi qrupdan çıxıb. Bununla da “Qarabağ” Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının pley-offuna yüksəlib.

Əgər “Qarabağ” və “Molde” hər ikisi uduzsa, bu halda da Ağdam təmsilçisi şəxsi oyunlardakı üstünlüyə görə norveçliləri üstələyəcək və qrupu ikinci yerdə başa vuracaq.

14 dekabr

UEFA Avropa Liqası

21:45.”Qarabağ” (Azərbaycan) – “Hekken” (İsveç) – 2:1

Qol: Leandro Andrade, 1, Yassin Benzia, 45+4

Qırmızı vərəqə: Marko Veşoviç, 56 (“Qarabağ”)

Baş hakim: Yucin Caya (Albaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Əvvəlki məqalə

Ərdoğan ABŞ prezidenti ilə telefonda danışıb

Sonrakı məqalə

“Qarabağ”ın qələbəsindən sonra stadionda atəşfəşanlıq oldu –