Qarabağın Azərbaycanlı İcmasının sədri namizədliyini irəli sürdü –Xankəndi dairəsindən

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev də deputatlığa namizədliyini irəli sürüb.

Bu barədə Modern.az-a İcmadan məlumat verilib.Qeyd edilib ki, T. Gəncəliyev 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə namizədliyini irəli sürməyi qərara alıb.
Xatırladaq ki, sözügedən seçki dairəsindən V çağırış Milli Məclisin deputatı Flora Qasımovadır.

O, ötən günlərdə açıqlamasında yenidən parlament seçkilərində iştirak etməyəcəyini söyləyib. Əvəzində həmin dairədən daha iki gənc öz namizədliyini irəli sürüb. Bunlar Flora Qasımovanın köməkçisi Səbuhi Səmədov və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Ceyhun Ələkbərovdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vahid Ələkbərov açıqlama verdi, ad çəkmədi:

Sonrakı məqalə

“Bakcell”in sahibi olan şirkətdə yeni təyinat –