Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.
Azərbaycan təmsilçisi “Qarabağ” da qrupda sonuncu və vacib matçına çıxıb.
Qurban Qurbanovun komandası Bakıda “Hekken”i məğlub edib.
Bununla da “Qarabağ” Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının pley-offuna yüksəlib.
Qələbə münasibəti ilə stadionda atəşfəşanlıq olub.