“Qarabağ”ın qapıçısı “Milan”a transfer olunub

Ağdamın “Qarabağ” klubunda icarə əsasında çıxış edən qapıçı – Asmir Beqoviç İtaliyanın “Milan” klubuna transfer olunub.

AZƏRTAC “Milan” klubun rəsmi saytına istinadla xəbər verir ki, 32 yaşlı Bosniya və herseqovinalı qapıçı “Milan” klubunda cari mövsümün sonuna kimi çıxış edəcək.

Asmir “Qarabağ”da mövsümün ilk yarısında forma geyinib. Onun “Bornmut”la müqaviləsi 2021-ci ilin iyun ayınadəkdir.

Beqoviçin yanvarın 15-də İtaliya kubokunda SPAL klubuna qarşı keçirəcəyi oyunda debütü gözlənilir.

Qeyd edək ki, A.Beqoviç “Çelsi” və “Bornmunt”, “Stok Siti” və bir neçə tanınmış klubların formasını geyinib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa İttifaqında restoranlarda ən az pul xərcləyən Rumıniya vətəndaşlarıdır

Sonrakı məqalə

“Hələ ki, özümü deputat kürsüsündə görmürəm” –