“Qarabağ”ın rəqibi bu gün məlum olacaq –İsveçrədə püşkatma mərasimi

Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olacaq.

Ağdam təmsilçisi bu mərhələdə üz-üzə gələcəyi komanda İsveçrənin Nyon şəhərindəki püşkatma mərasimində müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Tarixində ilk dəfə Avropa Liqasının pley-offuna yüksələn “köhlən atlar” püşkdə Çempionlar Liqasında öz qrupunu 3-cü pillədə başa vuran komandalardan biri ilə düşəcək.

Səpələnmişlər səbətində yer alan “Qarabağ”ın potensial rəqibləri bunlardır: “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə), “Şaxtyor” (Donetsk, Ukrayna).

Azərbaycan çempionu bu raundda ilk matçını səfərdə, cavab oyununu isə evdə keçirəcək.

Reqlamentə əsasən, pley-off mərhələsində eyni ölkə təmsilçiləri üz-üzə gələ bilməzlər. Bu mərhələnin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək. Səkkiz cütün qalibi 1/8 finalın püşkatmasında Avropa Liqasında qruplarını lider kimi tamamlayan komandalara qoşulacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.