Qarabağla bağlı Rusiya-Türkiyə danışıqları bu gün davam edəcək
Dağlıq Qarabağda əldə edilən atəşkəs razılaşmasından sonra görüləcək işlərlə Ankaraya səfər edən Rusiya nümayəndə heyətinin dünənki danışıqları başa çatıb.
Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Dağlıq Qarabağda əldə edilən atəşkəs razılaşmasından sonra Türkiyə və Rusiya hərbi heyətinin birgə texniki fəaliyyətinə dair məsələlər bu gün də müzakirə olunacaq.
Qeyd edək ki, bu gün Ankaraya Rusiyadan 20 nəfərlik iki heyət gəlib. Heyətlərdən biri İdlib daxil olmaqla Suriyadakı, digəri isə Qarabağdakı vəziyyəti türk hərbi heyətlə birgə müzakirə ediblər.
Heytələr öncə Türkiyə Xarici İşlər nazirinin müavini Sedat Önalla görüşüblər.
Əlaqəli xəbərlər
-
Yeni iş yerlərinin 84 faizi Bakı və Abşeronda yaradılıb – Regionlarda niyə iş yoxdur? / TƏHLİL
-
Bakıda ev almaq, yoxsa kirayədə qalmaq sərfəlidir? – 6 rayonun qiymətlərini müqayisə etdik / ANALİZ
-
Azərbaycanda ən çox bu ərzaqlar bahalaşıb – qiymətlərdəki artımın detalları
-
Giləzi-Quşçuluq" MMC-nin rəhbərliyi həbs edilib - RƏSMİ AÇIQLAMA
Növbəti xəbər yüklənir...