Qaradağda magistral su kəmərində qəza olub, yolu su basıb –FHN-dən AÇIQLAMA /VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş verməsi nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri suçəkmə və digər lazımi təhlükəsizlik tədbirlərinin görülməsi üçün dərhal əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Əvvəlki məqalə

Azərbaycan Ordusu döyüş təlimləri keçirir –

Sonrakı məqalə

Formula 1-ə görə bağlanan küçələrdə hərəkət bərpa edilib –