“Azad Şuşadan salam gətirmişəm”- Selçuk Bayraktar

Qardaş Azərbaycandan, işğaldan azad edilən azad Şuşadan salam gətirmişəm.

Bu gün tariximizin ən vacib günlərindən birini birlikdə qeyd edirik. Tam 100 il əvvəl türk milləti əsirliyə boyun əymədən Samsunda başladılan Qurtuluş müharibəsinə imza atdı. 30 avqust-Zəfər bayramımız münasibətilə hər birinizi təbrik edir, azad Vətəni bizə bəxş edən ulu öndərimiz Mustafa Kamal Atatürk başda olmaqla onun bütün silahdaşlarını, Vətən üçün mübarizə aparan ölkəmizin hər bir fərdini dərin hörmət və rəhmətlə yad edirik.

Bu fikirləri Türkiyədə keçirilən “TEKNOFEST-2022 Qara Dəniz”in final mərhələsinin açılış mərasimində çıxış edən “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar ifadə edib.

Selçuk Bayraktar bildirib ki, tam 17 il əvvəl ilk təyyarəmizin prototipini hazırlayırdıq. O gündən indiyədək gecə gündüz demədən işlədik. Bu dövr ərzində müxtəlif maneələrlə üzləşdik. Lakin heç bir zaman təslim olmadıq. Bununla onu demək istəyirəm ki, heç bir zaman təslim olmayın.

Güclülərin qalib gəldiyi yeni dünyada bir çox ölkələrdə olduğu kimi, Qarabağın yarasının da qəlblərdə hələdə təzə olduğunu deyən Selçuk Bayraktar qeyd edib ki, bizim təməl məqsədimiz dünyanı ədalətin hökm sürdüyü bir hala gətirməkdir. Yüksək texnologiyalar istehsal etmək hər şeydən əvvəl millətimizə verəcək ən böyük töhfədir. Bundan beş il əvvəl Türkiyədə texnologiya yarışmalarına yüzlərlə gəncimizin qatılacağını söyləsəydik ən sadə dil ilə desək bizə gülərdilər. İndi isə Türkiyədə keçirilən “TEKNOFEST”lərə 600 mindən artıq gəncimiz müraciət edir.

Əvvəlki məqalə

Zaqatalada yanğının söndürülməsinə 2 helikopter cəlb olunub

Sonrakı məqalə

Azərbaycanda daha 568 nəfər koronavirusa yoluxub