“Qarşımı kəsə bilməzsən, bura bizim torpaqlardır…”-Jurnalist Laçın dəhlizini keçdi, sülhməramlılar qarşısını kəsdi, mübahisə düşdü /VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq bu gün Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirir.

Sülhməramlılar jurnalistlərin Xocalıya keçidinə maneə yaradıb. İsrarla əraziyə keçməyə cəhd etsələr də, sühməramlılar bizi əraziyə buraxmayıblar.

İTV-nin Şuşaya ezam olunmuş xüsusi müxbiri sülhməramlıların postunu keçərək üzü Xankəndiyə getməyə cəhd edib.
Bu zaman sülhməramlılar ona mane olmağa çalışıb və mübahisə yaranıb.

 

Əvvəlki məqalə

Çin hökuməti etirazlardan sonra geri addım atdı

Sonrakı məqalə

Azərbaycan nümayəndə heyəti Xocalıda Sülhməramlıların komandanlığına xəbərdarlıq edib