Qazaxda ər arvadını güllələdi, qadın öldü –

Həyat yoldaşını öldürən şəxs saxlanılıb
04 Avqust 2020 - 08:53

Qazax rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb. Osmanlı Ayaz həyat yoldaşı, 43 yaşlı Osmanlı Maral Baba qızını güləlləyib. Qadın xəstəxanaya aparılarkən yolda dünaysını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Qazaxda həyat yoldaşını güləlləyən kənd sakini, 49 yaşlı Osmanlı Ayaz Kərəm oğlu polis tərəfindən saxlanılıb.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi açlıb, araşdırma aparılır. (APA)