“Razılaşmaya görə, Ermənistan Kəlbəcəri noyabrın 15-dək, Ağdam rayonunu, Qazax rayonunun işğal altında olan kəndlərini noyabrın 20-dək, Laçını isə dekabrın 1-dək Azərbaycana qaytarmalıdır”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “İşğalın ardından evlərindən didərgin salınan azərbaycanlılar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında yurdlarına geri dönəcəklər”, - o qeyd edib. (Report)