Qazaxıstan Rusiyaya qarşı sanksiyalara əməl edəcəyini bəyan edib

Astana Qərbin Rusiyaya qarşı sanksiya siyasətini dəstəkləməsə də, onlara əməl edəcək.

Kazinform agentliyi xəbər verir ki, bu fikri Qazaxıstan Baş nazirin müavini Serik Jumanqarin səsləndirib.

“Bu, həqiqətən də bizi çox incidir, bu səbəbdən bir çox logistika və ticarət zəncirləri qırılır. Biz koalisiyanın üzvü deyilik, birtərəfli sanksiyalar siyasətini dəstəkləmirik, lakin bu, iqtisadi baxımdan bizim üçün faydalıdır”, – deyə Jumanqarin bildirib.

Onun sözlərinə görə, Qazaxıstan kiçik iqtisadiyyata malikdir və sanksiya təzyiqinə tab gətirməyəcək.

Baş nazirin müavini əlavə edib ki, Qazaxıstan ABŞ və Avropa İttifaqı ilə daim dialoq aparır və sanksiyalara məruz qalmamaq üçün qabaqlayıcı tədbirlər görməyə çalışır.

Əvvəlki məqalə

COP29 Könüllülük Proqramına qeydiyyat bu gün başa çatır

Sonrakı məqalə

Qalibaf, Cəlili və Laricani İran prezidentliyinə əsas namizədlər olacaq