“Qazaxıstanda ikihakimiyyətlilik yoxdur”.
Azpost.info xəbər verir ki, bunu Qazaxıstan Parlamenti Məclisinin sədri Erlan Koşanov bildirib.
Koşanov bunu Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin bu yaxınlarda ictimai müstəvidə görünməsini və onun Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşünü şərh edərkən deyib.
“İnsanların narahat olması üçün heç bir əsas yoxdur. İkihakimiyyətlilik bu gün mövcud deyil və ola da bilməz. Bu gün bütün qərarları böyük səs çoxluğu ilə seçilən dövlət başçısı Kasım-Jomart Tokayev qəbul edir”, – Koşanov bildirib.
Onun sözlərinə görə, eks-prezident dövlət işlərinə və hökumət işlərinə qarışmır, özəl şəxs kimi tədbirlər, görüşlər keçirir.
Azpost.info