Qazaxıstanda koronavirusa yoluxanların sayı çoxalıb

Qazaxıstanda koronavirus epidemiyasının geniş yayılması ilə əlaqədar kütləvi testə başlanılıb.

AZƏRTAC xəbər verir ki, Qazaxıstanda koronavirusdan ölənlərin sayı 16-a çatıb.

Qazaxıstan Səhiyyə nazirinin müavini Lyazzat Aktayeva bildirib ki, əhali karantin rejimində təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir. Onun sözlərinə görə, kütləvi testlərin istifadəsində digər ölkələrin təcrübəsindən yararlanmaq lazımdır.

Qeyd edək ki, Qazaxıstanda 1295 nəfər koronavirusa tutulub. Onlardan 370 nəfəri tibb işçisidir, 220 nəfər isə müalicə olunaraq evə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nə üçün koronavirusa Qərbi Almaniyada çox, “sovet” Almaniyasında az yoluxurlar?

Sonrakı məqalə

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev təqaüdə göndərilib