2019-cu ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 7316,0 milyon manat proqnoza qarşı icra 7672,3 milyon manat və ya 356,3 milyon manat (4,9 faiz), 2018-ci illə müqayisədə isə 256,8 milyon manat və ya 3,5 faiz çox olub.
Azpost.info bildirir ki, bu barədə “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda bildirilib.
Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin 5432,0 milyon manatı və ya 70,8 faizi qeyri-neft sektorunun, 2240,3 milyon manatı və ya 29,2 faizi neft sektorunun payına düşüb. Neft sektoru üzrə daxilolmaların 62,9 faizini və ya 1409,3 milyon manatını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, 37,1 faizini və ya 831,0 milyon manatını isə neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edib.