Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

QHT keçmiş köçkünlərlə bağlı sorğu keçirib –

User 20 İyun 2024 - 16:40 (Last updated: 21 May 2025 - 20:15)
k01

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birlyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi sorğular nəticəsində keçmiş köçkünlərin ailə vəziyyəti, qayıdışa münasibəti və məşğulluq ehtiyacları öyrənilib.

İyun ayının ikinci ongünlüyündə Mingəçevirdə keçmiş məcburi köçkünlərin məskunlaşdıqları ərazilər üzrə 60 ailə arasında sorğular aparılıb. Sorğular nəticəsində həmin şəxslərin ailə vəziyyəti, qayıdışa münasibəti və məşğulluq ehtiyacları öyrənilib. Məlum olub ki, uzun illər ağır şəraitdə yaşayan soydaşlarımız (onların təxminən yarısı son 15-20 ildə dövlətimiz tərəfindən inşa olunan müasir mənzillərə köçüblər) birmənalı şəkildə doğma torpaqlarına qayıdacaqları günü gözləyirlər. Hətta Qarabağda doğulmayan ailə üzvləri də.

Ailələrin qayıdışa hazırlanmasında peşə bacarıqlarına yiyələnmə çox vacibdir  və insanlar bundan sonrakı həyatlarını Qarabağda layiqli əməkləri ilə davam etdirə biləcəklər. Sorğular zamanı peşə öyrənməyə daha çox marağı və ehtiyacı olan ailələr müəyyənləşdirilib.  Bundan sonra, 10-11 nəfər 6 günlük psixoloji, hüquqi və iqtisadi mövzuda nəzəri, ardınca sahibkar müəssisələrində usta yanında 2 aylıq praktiki kurslara cəlb olunacaq. Yekunda benefisiarlara peşə sertifikatları veriləcək. “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birlyinin (MVA İB) “Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: peşə bacarıqlarının artırılması” layihəsinin məqsədi də budur. 2024-cü il iyun ayının 1-dən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı həyata keçirilən layihə sentyabrın sonunadək davam edəcək.

MVA İB-nin prezidenti və layihənin rəhbəri Fərman Nəbiyevin açıqlamasına görə, sorğuya cəlb olunan ailələrin seçilməsində Qaçqınkom və onun Mingəçevirdəki Mənzil Kommunal İstismar sahəsinin mütəxəssisləri, o cümlədən keçmiş köçkün rayonların Laçın, Şuşa və Ağdam icra nümayəndələri yaxından kömək ediblər: “Əlimizdəki siyahıya əsasən, 60 ailənin 22 üzvü qayıdışa qədər peşə öyrənmək istəyir. Bu dəfə tezliklə Qarabağa köçəcək insanları, növbəti illərdə isə digər şəxsləri təlimlərimizə cəlb edəcəyik”.

 

 

 

Post navigation

Previous: MEDİA saytlarla bağlı müsabiqənin nəticələrini açıqladı –
Next: Bayram günlərində təcili tibbi yardıma 10 mindən çox müraciət daxil olub

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Tarixdə elə siyasətçilər var ki, onların karyerası böyük uğurlarla yadda qalır, lakin illər sonra üzə çıxan sənədlər...
Read more about BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.