QHT Quba rayonunda təlimlərə start verib

Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Bölgələrdə fəaliyyət göstərən QHT-lərə yardım” layihəsi çərçivəsində Quba rayonunda təlimlərə start verib.

20 avqust 2024-cü il tarixində Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi orta qrant proqramı çərçivəsində maliyyələşdirilən “Bölgələrdə fəaliyyət göstərən QHT-lərə yardım” layihəsini çərçivəsində Quba rayonunda təlimlərə başlayıb. Təlimdə Quba və Qusar rayonlarından olan QHT-lərin iştirakı nəzərdə tutulmuşdur.  Bu layihə  bölgələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) potensialının artırılması və onların layihə hazırlığı sahəsindəki bacarıqlarının inkişaf etdirilməsini hədəfləyir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.