QHT “Yaşıl düşüncənin yerlərdə təşviqi“ layihəsini davam etdirir –FOTOLAR

“Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yaşıl düşüncənin yerlərdə təşviqi“ layihəsini davam etdirir. Növbəti maarifləndirici tədbir Salyan şəhərinin 2 saylı tam orta məktəbində təşkil edilib. İştirakçılar öncə təhsil ocağının foyesində məktəbliklilərin əl işlərindən ibarət , “Yaşıl dünya naminə həmrəylik ilinə” və  GOP-29- a həsr edilmiş sərgiyə tamaşa etmişlər. Məktəbin  kitabxanasında dəyirmi masa ətrafına toplaşan məktəblilər qarşısında ictimai birliyin layihə komandası ilə yanaşı  regionun və rayonun əlaqədar təşkilatlarının nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri, tanınmış ziyalılar, Media nümayəndələri  çıxış ediblər.

İctimai Birliyin sədri və layihə rəhbəri Rüstəm Məlikov layihənin məram və məqsədlərindən danışmış layihə çərçivəsində görüləcək işlər, gözlənilən nəticələr barədə məlumat vermiş, iştirakçıları layihənin fəaliyyət planı ilə tanış edib.

Tədbirdə şəhər iki saylı məktəbin direktoru Aynur Dadaşova icra olunan layihənin əhəmiyyətindən və rəhbərlik etdiyi məktəbdə bu sahədə görülmüş işlərdən, şagirdlərin təşəbbüslərindən danışmışdır. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Bas Abbern təmsil etdiyi təşkilatın xidmət ərazisinə daxil olan Salyan rayonunda ətraf mühitin mühafizəsi sahəsində mövcud vəziyyət barədə məlumat vermiş  və  insanların vahid ekoloji düşüncə ətrafında birləşməsi, yaşıl düşüncənin təşviq olunması istiqamətində müasir çağırışların əhəmiyyətini vurğulamış, bu sahədə Azərbaycanın 2030-cu ilə qədər sosial- iqtisadi inkişafa dair beş milli prioritetdən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” müəyyən edildiyini bildirib.

Məktəbin Əməkdar müəllimi Sehranə Rzayeva, AYB-nin Muğan bölməsinin sədri Nəbi İbrahimov, taxçi-tədqiqatçı Sahib Həsənov həm ziyalı mövqeyindən, həm də bir vətəndaş olaraq iqlim dəyişikliklərinin bəşəriyyətə vurduğu fəsadlar barədə danışmış və bunların aradan qaldırılmasında Azərbaycanın milli, regional, beynəlxalq miqyasda gördüyü işləri xatırlatmış və bu  il ölkəmizdə keçiriləcək COP-29 tədbirinin bu işə yeni töhfə verəcəyini bildiriblər.

”Qələbə” qəzetinin əməkdaşı, şair-publisist Əzizağa Məmmədli Azərbaycan şairlərinin təbiət mövzusunda yazdığı şerlərdən əzbər olaraq nümunələr söyləyib. Çay süfrəsi arxasında diskussiya şəraitində davam edən  dəyirmi masada təkliflər də səslənib. Məktəbin şagirdi, Sadıqzadə Kənan Kür çayı sahillərində zibil qutularının sayının artırılmasını vacib olduğunu bildirib. Təklif layihə rəhbərliyi tərəfindən qeydə alınıb.

 

Əvvəlki məqalə

Sumqayıtda fəhlə iş zamanı ölüb

Sonrakı məqalə

Paşinyan Xarici Kəşfiyyat Xidmətinə müavin təyin edib