Qırğızıstanda dövlət bayrağındakı günəş şəkli dəyişdirilir- FOTO

Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin dövlət rəmzlərində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Azpost.info xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Sənədə əsasən, bayraqda təsvir olunan, günəbaxana bənzəyən günəş şüaları dalğavari deyil, düz olacaq.

Qanunun təşəbbüskarı olan yerli parlamentin deputatları bildiriblər ki, günəbaxan ölkənin əsas kənd təsərrüfatı məhsulu deyil və düz xətlər daha çox günəş şüalarına bənzəyir.

Dövlət bayrağının dəyişdirilməsi ideyası Qırğızıstan sakinləri arasında qızğın müzakirələrə səbəb olub. Bir çox vətəndaşlar, o cümlədən köhnə bayraq versiyası ilə beynəlxalq turnirlərə qatılacaqlarını vəd edən bəzi məşhur idmançılar da bu fikrin qəti əleyhinə idi.

Azpost.info

Əvvəlki məqalə

“Liverpul” da Super Liqada oynamaqdan imtina etdi

Sonrakı məqalə

Bayden Rusiyaya qarşı sanksiyaları gücləndirən yeni sərəncam imzalayıb