Qırmızı Körpüdə yük maşınından gizli anbar çıxdı –43 mindən çox dərman aşkarlandı

Tovuz Gömrük İdarəsinin əməkdaşları “Qırmızı Körpü” gömrük postunda yük nəqliyyat vasitəsinə baxış zamanı böyük həcmdə bəyan edilməmiş dərman vasitələri aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, ölkəyə daxil olan yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqu hissəsində kustar üsulla hazırlanmış gizli saxlanc yeri müəyyən edilib.

Həmin yerdən gömrük orqanlarına əvvəlcədən bəyan edilməyən 11 adda ümumilikdə 43 836 ədəd dərman vasitəsi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Dərman vasitələrinin hansı məqsədlə və kim tərəfindən ölkəyə gətirilməyə cəhd göstərildiyi araşdırmanın nəticəsində müəyyənləşəcək.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.