Qırmızı Xaçın direktoru Ağdam yolu ilə Xankəndinə nə apardıqlarını açıqladı

Qərar vermə səlahiyyətli şəxslər arasında humanitar razılaşmanın əldə edilməsi üçün aparılan ardıcıl diplomatik səylərin nəticəsi olaraq bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın və Ağdam yolları ilə ehtiyacı olan şəxslər üçün buğda unu və tibbi ləvazimatların çatdırılmasını həyata keçirir.

Bunu BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Arian Bauer deyib.

“Mən ümid edirəm ki, bu razılaşma bizim müstəsna humanitar əməliyyatlarımızın yalnız bu gün deyil, önümüzdəki həftələr ərzində də həyata keçirilməsinə şərait yaradacaq. Neytrallıq, qərəzsizlik və müstəqillik kimi fundamental prinsiplərimizə uyğun olaraq bizim məqsədimiz ən çox yardıma ehtiyacı olanlara dəstək ola bilməkdir”, – o deyib. (APA)

Əvvəlki məqalə

Cənubi Koreyada it əti yemək rəsmən qadağan olundu

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri