“”Qızıl top”u dəyərli mükafat hesab etmirəm” –MESSİ

“İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi “Qızıl top”u ən dəyərli mükafat hesab etmədiyini deyib.

Azpost.info bildirir ki,  barədə “lmneuquen” nəşri məlumat yayıb.

“Mən heç vaxt “Qızıl top”a əhəmiyyət verməmişəm. Dünya çempionatını qazandıqdan sonra bu mükafat haqqında çox az düşünürəm. Mənim üçün ən önəmlisi komandanın uğurlarıdır. Karyeramda hər şeyi qazandığım üçün bəxtim gətirdi”, – deyə Messi bildirib.

Messi “Qızıl top”u qazanma rekorduna sahibdir. O, 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə yeddi dəfə dünya futbolunun ən nüfuzlu fərdi mükafatını qazanıb. Bundan əlavə, argentinalı bu il “Qızıl top”u almaq üçün əsas favoritdir. Mükafatlandırma mərasimi oktyabr ayında baş tutacaq.

Messi karyerasında ilk dəfə keçən il FIFA Dünya Kubokunu qazanıb. O, Argentina millisinin kapitanı olub və turnirin ən yaxşı oyunçusu kimi tanınıb.

Azpost.info

Əvvəlki məqalə

Ucarda 42 yaşlı qadın boğularaq öldürülüb

Sonrakı məqalə

Moskvaya növbəti dron hücumu olub