“Fitch Ratings” bir neçə il üçün nəzərdə tutulan qızıl və misin dünya qiymətləri ilə bağlı proqnozuna yenidən baxmalı olub.
Agentliyin məlumatında bildirilir ki, belə proqnozların dəyişdirilməsi əsasən qlobal geosiyasi hadisələrlə bağlıdır.
Beynəlxalq reytinq agentliyi kimi tanınan “Fitch Ratings” növbəti dəfə də geosiyasi amilləri əsas gətirərək 2024-2027-ci illər üçün qızılın qiyməti ilə bağlı mətbuatda dərc etdirdiyi proqnozlarını artırıb.
“Prime” nəşrinin yaydığı bu xəbərə görə təqdim edilmiş yeni Press-relizdə xüsusi olaraq vurğulanır ki, analitiklər 2024-cü il üçün misin qiyməti ilə bağlı proqnozları daha da artırıblar.
2024-cü ildə “Fitch” qızılın qiymətinin bir troya unsiyası üçün təxmin edildiyi kimi 2,1 min dollara yüksələcəyini gözləyir ki, bu da onlara növbəti bir neçə illərlə bağlı gözləntilərinə yenidən baxmaq imkanını yaradır. 2025-ci ildə isə qızılın qiymətinin 1,9 min dollar yox, təxmin edildiyi kimi 2 min dollar, 2026-cı ildə də 1,7 min dollar əvəzinə 1,8 min dollar, 2027-ci ildə isə 6 min dollara qarşı 1,7 min dollar olacağını proqnozlaşdırılır.
Agentliyin analitiklərinin sözlərinə görə qızılı geosiyasi risklər qarşısında etibarlı aktiv hesab edirlər.
“Fitch Ratings” 2024-cü il üçün nəzərdə tutduğu misin qiyməti ilə bağlı proqnozu iyunda gözlənilən 8,6 min dollardan düz 8,8 min dollar tona yüksəldib. Bu, qlobal iqtisadiyyatın vəziyyəti ilə bağlı yaranmış narahatlıqlar fonunda sentyabr ayından bəri qiymətlərin azalmasına baxmayaraq, metalın cari qiymətlərinin yüksək olması ilə bağlıdır.
2025-ci ilin proqnozuna gəlincə, agentlik misin qiymətinin bir ton üçün təxminən 8,4 min dollara qədər azalacağını ehtimal edir. Yaxın gələcəkdə, 2026-2027-ci illər ərzində isə misin dəyəri bir ton üçün 7,5 min dollar proqnozlaşdırılır.
Oqtay QORÇU