“Qoşunları Qarabağdan çıxarın…” –Bakılı erməni gənc Şəhidlər Xiyabanından Paşinyana müraciət etdi /VİDEO

Rusiyada yaşayan erməni gənc Azərbaycandan Ermənistanın Baş naziri Nikol Paşinyana  müraciət edib. 

Azpost.info bildirir ki, Bakıya gəlmiş Çtiyan Faruk Vartanoviç Şəhidlər Xiyabanından elədiyi videomüraciətində Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarmağa çağırıb.

“Mən əslən Bakıdanam. Sadə insanlara bu qondarma problem gərək deyil. 30 ildir hər iki tərəfdən gənclər həlak olur. Bu münaqişənin günahkarı SSRİ, onun rəhbəri Qorbaçov olub. Buna görə, Qorbaçovu lənətləyirlər. Azərbaycanda və Ermənistanda cavan uşaqların qəbirlərini görmək dəhşətlidir. 

Mən Ermənistan hökumətinə, Baş nazir Paşinyana müraciət edirm: Sadə xalq müharibə istəmir. Bir xahişimiz var. Dağlıq Qarabağdan və ətrafdan Ermənistan ordusunu çıxarın. Bütün məsələlər ərazi bütövlüyü çərçivəsində hökumətlər tərəfindən həll olunsun.

Bakıda mən Ermənistanda yaşamış çoxlu azərbaycanlı ilə danışdım. Onlar yaxşı xatirələrini saxlayırlar. Bu azərbaycanlılar Ermənistanda ata-baba yurdlarını ziyarət etmək üçün imkan yaradılmasını istəyirlər.

Azərbaycan hökuməti mənə döğma yerlərimi ziyarət etmək üçün imkan yaradıb. Öz doğma məktəbimizi, evimizi görmək üçünüçün 30 il əzab çəkdim”.

Erməni gənc müraciət öz təşəbbüsü ilə etdiyini bildirib.

 

Azpost.info

 

Əvvəlki məqalə

Şeyxülislam Allahşükür Paşazadə ABŞ-a səfərə dəvət edilib

Sonrakı məqalə

Bu il 225 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb –