Quba yolundakı qəzada ölənlər dəmiryolçular imiş

Bu gün Bakı-Quba yolunda baş vermiş dəhşətli yol qəzasında vəfat edənlər dəmiryolu xəttinin çəkilməsində iştirak edən podratçı şirkətin əməkdaşları olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dəmiryolçular səhər işə gedərkən qeydə alınıb. Hazırda onların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır. İlkin baxış zamanı vəfat edən iki nəfərin: Kamran və Nəsimi adlı şəxslərin kimliyi müəyyən edilib.

Hadisədən sonra vəfat edənlərin meyitləri Sumqayıt Şəhər Xəstəxanasının morquna gətirilib.

Qeyd edək ki, dəhşətli qəza hazırda təmir işləri gedən yolun 98-ci km-də, Siyəzən rayonu ərazisində  baş verib. “Mersedes Vito” markalı mikroavtobus TIR-la toqquşub. Nəticədə mikroavtobusdakı 6 nəfərin hamısı vəfat edib, TIR sürücüsü isə xəsarət alıb.

Əvvəlki məqalə

Vatikan Rusiyadan üzr istəyib

Sonrakı məqalə

Laçın dəhlizində vəziyyət necə başa çatacaq? –