Qurban Qurbanov “Qarabağ”la 3 illik müqavilə imzalayıb

Qarabağ” baş məşqçisi Qurban Qurbanovla müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

Yeni anlaşmaya əsasən, Qurbanov daha 3 il Ağdam klubunun baş məşqçisi olacaq. 50 yaşlı mütəxəssisin müqaviləsi 2025-ci ildə başa çatacaq.

Qeyd edək ki, Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir. Onun rəhbərliyi altında 8 dəfə Azərbaycan çempionu olan ağdamlılar 4 dəfə ölkə kubokunu qazanıb, 8 dəfə isə UEFA-nın klub turnirlərinin qrup mərhələsinə yüksəlib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.