Qurban Qurbanovla bağlı filmin təqdimatı olacaq

Yaxın günlərdə “Stadionlar səssiz olanda” filmi izləyicilərə təqdim ediləcək.

Azərbaycanın məşhur futbolçusu, hazırda “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanova həsr olunmuş idman dramı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal olunub.

Filmdə 51 yaşlı mütəxəssisin XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Ağdam klubu ilə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti göstərilib.

Film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.