Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • ÖZƏL

Qəzzadakı dağıntıların təmizlənməsi 90 min ton istixana qazı emissiyasına səbəb ola bilər

Orkhan Ali 22 İyul 2025 - 13:35 (Last updated: 22 İyul 2025 - 13:36)
Qəzza planı

Qəzza planı

İsrailin Qəzzaya qarşı həyata keçirdiyi intensiv hücumlar nəticəsində yaranmış dağıntıların təmizlənməsi və emalı təxminən 90 min ton istixana qazı (CO2 ekvivalenti) emissiyasına səbəb ola bilər.

AzPost xəbər verir ki, bu məlumat Edinburq və Oksford universitetlərinin alimləri tərəfindən aparılan araşdırmada yer alıb. Tədqiqatda qeyd olunur ki, bu miqdarda dağıntının tam təmizlənməsi və daşınması təxminən 40 il çəkə bilər.

Araşdırmalara əsasən, 2023-cü ilin oktyabrından 2024-cü ilin dekabrına qədər Qəzzada təxminən 39 milyon ton beton qalıqları yaranıb. Bu dağıntıların daşınması üçün 2,1 milyon yük maşınına ehtiyac var və bu maşınlar ümumilikdə 29,5 milyon kilometr məsafə qət etməlidirlər. Bu, Yer kürəsinin ətrafını 737 dəfə dövr etməyə bərabərdir və bu proses təkcə 66 min ton karbon qazı emissiyasına səbəb ola bilər.

Alimlər hesab edirlər ki, dağıntıların 80 faizi əzilərək yenidən istifadə oluna bilər. Əgər bu iş üçün iri həcmli sənaye avadanlıqları istifadə olunsa, proses 6 ay davam edər və təxminən 3 min ton istixana qazı emissiyası yaranar. Lakin hazırda Qəzzada mövcud olan kiçik ölçülü texnika ilə bu işin görülməsi 37 ildən çox vaxt alacaq və bu zaman 25 min ton emissiya baş verəcək.

Dağıntılar təkcə karbon qazı ilə deyil, həm də digər təhlükəli elementlərlə – asbest, partlamamış bombalar və insan qalıqları ilə doludur. Bu isə həm ətraf mühit, həm də insan sağlamlığı üçün böyük risk yaradır.

Tədqiqat həmçinin müharibələrin uzunmüddətli iqlim və ətraf mühitə təsirini ortaya çıxarmağa yönəlib. Mütəxəssislər bildirir ki, bu cür məlumatlar gələcəkdə mümkün təzminat iddialarının əsaslandırılmasında mühüm rol oynaya bilər.

Qeyd edək ki, bu mövzuda İsrail hökumətindən hələlik heç bir açıqlama verilməyib.

AzPost.az

Post navigation

Previous: Azercell istifadəçidən narazılıq –
Next: Sumqayıtda fəhlə torpaq uçqunu altında qalaraq ölüb

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.