Rəsi ilə vida mərasimində 50-yə yaxın xarici nümayəndə heyəti iştirak edəcək

Bəzi ölkələrin liderləri İran prezidenti İbrahim Rəisi ilə vida mərasimində iştirak etmək üçün ilk dəfə İrana səfər ediblər.

Azpost.info xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Əli Bahadori Cahromi deyib.

“Bəzi ölkələrin başçıları ilk dəfə İrana gəldilər, məsələn, Tunis prezidenti Kays Səid üçün bu, İrana ilk səfərdir”, – o qeyd edib.

İRNA agentliyinin məlumatına görə, mayın 22-də yerli vaxtla saat 14:00-da Tehranda xarici qonaqlar üçün mərhum prezidentin iştirakı ilə keçiriləcək vida mərasimində 50-yə yaxın xarici nümayəndə heyəti iştirak edəcək. Onların arasında 10-dan çox nümayəndə heyəti dövlət başçıları səviyyəsində, daha 20 nümayəndə heyəti isə nazirlər səviyyəsində təmsil olunacaq.

Bundan əvvəl İran KİV-i Rusiya Dumasının sədri Vyaçeslav Volodinin, Misir xarici işlər naziri Sameh Şuhrinin, Ermənistan, İraq və Pakistanın baş nazirlərinin Tehrana gəlişi barədə məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti də Tehrandadır.

Azpost.info

Əvvəlki məqalə

7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəllimi ilə bağlı qərar açıqlanıb

Sonrakı məqalə

MEDİA Ramiz Əskərin vəfatı ilə bağlı başsağlığı verib