Azərbaycan hakimiyyəti REAL Partiyasının sədri İlqar Məmmədovla bağlı Avropa Şurasının Nazirlər Komitəsinin sorğusuna cavab verib.
Azpost.info bildirir ki, İ. Məmmədovun AŞ-ya ünvanladığı müraciətində parlament seçkilərində iştirak etmək üçün üzərindən məhkumluğun götürülməsini istəmiş və Avropa Məhkəməsinin qərarının icra olunmamasından şikayət etmişdi.
Azərbaycanın cavabında bildirilib ki, Ali Məhkəmənin Plenumu işə baxmayıb. Baxıldığı zaman müvafiq cavab veriləcək: “Hazırda Ali Məhkəmənin Plenumu Məmmədovun məhkəmə işinin baxılması üçün vaxt təyin etməyib. Müvafiq qərar qəbul olunan kimi bu barədə Nazirlər Komitəsi məlumatlandırılacaq”.
Rəsmi cavabda qeyd olunub ki, Cinayət Məcəlləsinin maddələrinə Apellyasiya şikayəti və ya apellyasiya protesti məhkəməyə daxil olduğu vaxtdan 30 (otuz) gün müddətində apellyasiya instansiyası məhkəməsi onların baxışını təyin edir. Cinayət işinin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu müddət apellyasiya instansiyası məhkəməsinin qərarı ilə 45 (qırx beş) günədək uzadıla bilər.
İlqar Məmmədov isə bildirib ki, bununla da onun seçkidə iştirakı faktiki qadağan olunub: “Halbuki, cavabı 31 dekabra qədər verməli idi və o, müsbət olmalı idi”.