Rəsmi Ankara İsrail XİN başçısının qondarma erməni soyqırımı iddialarına cavab verib

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli İsrailin xarici işlər naziri İsrail Katzın qondarma erməni soyqırımı iddialarına cavab verib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, o, bu barədə “X” sosial media hesabında paylaşım edib.

“İsrail hökuməti üzvlərinin diqqəti törətdikləri cinayətlərdən yayındırmaq səyləri nəticə verməyəcək”, deyə Ö. Keçəli bildirib.

Qeyd edək ki, İ. Katz daha əvvəl Türkiyə prezidentini “keçmişində erməni soyqırımı olan bir ölkənin prezidenti” adlandırıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.