“Rəsmi Bakıdan tamamilə fərqli bəyanatlar eşitmişik”- Peskov Paşinyanın iddialarını təsdiqləmədi

Kremlin sözçüsü Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın Bakının “Qərbi Azərbaycan” konsepsiyası irəli sürdüyünə dair iddialarına münasibət bildirib.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, Kreml Azərbaycan hakimiyyətindən sülh müqaviləsinin imzalanmasına hazırlaşmağın zəruriliyi ilə bağlı tamamilə fərqli bəyanatlar eşidib.

“Təəssüf ki, mən heç nə deyə bilmərəm. Çünki Azərbaycanın dövlət səviyyəsində belə bəyanatlarla tanış deyiləm. Biz ölkə rəhbərliyindən, Azərbaycan rəhbərliyindən tam fərqli bəyanatlar eşitmişik. Onlar sülh müqaviləsi bağlamağa hazır olmaları barədə dəqiq danışırlar. Ona görə də bu barədə konkret heç nə deyə bilmərəm”, – Peskov deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.