Yaxın günlərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının toplantısı olacaq və Ramazan ayının başlanması ilə əlaqədar müvafiq fətva veriləcək.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, bu il Ramazan ayının dəqiq başlanma tarixi QMİ-nin Qazılar Şurasının fətvasında bəyan ediləcək.
Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının ilk gününü Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının Ayın ölkəmizin üfüqi ərazisində görünməsinə dair hesablamalarına istinadla müəyyən edir.