İran Avrasiya İttifaqında müşahidəçi dövlət statusu almaq istəyir

İran Avrasiya İqtisadi İttifaqında (Aİİ) müşahidəçi dövlət statusu almaqda maraqlı olduğunu bildirib.

Azpost.info xəbər verir ki, bunu Avrasiya İqtisadi Komissiyasının kollegiya rəhbəri Bakıtjan Saqintayev deyib.

“Bizim ticarət tərəfdaşımız İran müşahidəçi dövlət statusu almaqda maraqlı olduğunu bildirib. Mayın 27-də müvafiq nota aldıq. Zamanı gələndə buna baxılacaq”, – Saqintayev bildirib.

Hazırda Aİİ-yə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Aİİ-dən müşahidəçilər Özbəkistan, Kuba və Moldovadır.

Azpost.info

Əvvəlki məqalə

“Qərb oktyabrda Gürcüstanda yeni “Maydan” reallaşdırmaq istəyir” –

Sonrakı məqalə

“Səhnəyə yarıçılpaq çıxırlar”