İranda prezident seçkilərində 6 namizəd mübarizə aparacaq

İranda növbədənkənar prezident seçkilərində 6 namizəd mübarizə aparacaq.

Bu barədə “Tasnim” məlumat yayıb.

Həmin namizədlər İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf, Tehranın meri Əlirza Zəkani, İran Ali Rəhbərinin İran İslam Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, keçmiş ədliyyə və daxili işlər naziri Mustafa Purməhəmmədi, deputat Məsud Pezeşkian və İranın hazırkı vitse-prezidenti Əmir Hüseyn Qazizadə Haşimidir.

Parlamentin keçmiş spikeri Əli Laricani, keçmiş prezident Mahmud Əhmədinejad, keçmiş vitse-prezident İshaq Cahangiri, yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaşın növbədənkənar seçkilərdə namizədliyi təsdiq edilməyib.

Qeyd edək ki, bu gün İran Konstitusiyası Keşikçiləri Şurası prezident seçkilərində iştirak edəcək namizədlərin adlarını Daxili İşlər Nazirliyinə göndərib.

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.