Rasim Balayevə nə olub? –

“Yeriyə bilmirəm, ayaqlarım tutulub”
25 Sentyabr 2019 - 15:57
Xalq artisti Rasim Balayev səhhətindən şikayətlənib.

Azpost.info bildirir ki, bu barədə sənətçinin özü Publika.az-a məlumat verib.

“Rasim bəy, özünüzü necə hiss edirsiniz” sualına aktyor belə cavab verib: “Belə də, qocafəndi, yaş öz sözünü deyir. Yeriyə bilmirəm, ayaqlarım tutulub, bel və ayaq ağrıları məni incidir. Ayağımda şiş var, su yığılıb”.

Rasim Balayev bildirib ki, Gömrük Hospitalında fizioterapiya müalicəsinə başlayıb. Məlumat üçün bildirək ki, Xalq artisti keçən il bel yırtığı diaqnozu ilə müalicə üçün Türkiyəyə getmişdi.

Xatırladaq ki, aktyor verdiyi müsahibələrinin birində “Babək” filminin çəkilişləri zamanı bir neçə dəfə atdan yıxıldığını və fəsadlarının indi üzə çıxdığını demişdi.