Rauf Arifoğlunun deputatlığa namizədliyi qeydə alınıb

35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun namizədliyi qeydə alınıb. 

“Report”un xəbərinə görə, bu barədə R.Arifoğlunun Seçki Qərargahının rəhbəri Çingiz Özgür məlumat verib.

O bildirib ki, Seçki Qərargahının üzvləri imzatoplama kampaniyasını yekunlaşdırıb və sənədlər müvafiq qaydada Dairə Seçki Komissiyasına (DSK) təqdim edilib.

Yanvarın 4-də DSK R.Arifoğlunun namizədliyini qeydə alıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir