REAL-dan irəli sürülmüş şəxsin deputatlığa namizədliyi ləğv edildi - MSK-dan qərar
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Məzahir Şahvələdovun ikili vətəndaşlığı olması ilə bağlı dairə seçki komissiyasının sədrinin müraciətinnə baxıılıb.
Bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova bildirib. A. Muxtarova deyib ki, DSK sədrinin müraciətindən sonra MSK müraciəti araşdırıb: “Dövlət orqanlarına verilən sorğu əsasında məlum olub ki, həmin şəxsin həqiqətən Rusiya vətəndaşlığı da var”.
MSK məsələni müzakirə edib və Şahvələdov Məzahirin namizədliyini ləğv edib.
Qeyd edək ki, Məzahir Şahvələdov REAL Partiyasının "Cümhuriyyət" seçki blokunun namizədi idi.
Qeyd edək ki, fevralın 5-də Mərkəzi Seçki Komissiyası 46 saylı Şirvan Dairə Seçki Komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarını ləğv edib.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...