“Əgər bizim strateji baxışımız real Ermənistan deyilsə, onda onsuz da çətin olan sülh mümkün olmayacaq”.
Azpost.info bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Paşinyan xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, bu olmasa Ermənitsanın ətrafı onu strateji təhlükə hesab edəcək.
Paşinyan qeyd edib ki, xəyallarda olan “tarixi ərazilər” baxışı dəyişdirilməlidir:”Biz məhdud resurslarımızı və enerjimizi Real Ermənistanın strateji ehtiyaclarına sərf etməyəndə nəticə almırıq. Övladlarımızın gələcəyi olan Ermənistanın inkişafı ikiqat çətinləşir, Ermənistanın son dərəcə ehtiyac duyduğu sülh getdikcə daha əlçatmaz olur”.
Baş nazir deyib ki, bu şəraitdə ölkənin suverenliyi əhəmiyyətli dərəcədə zərər görür: “Çünki sizin vətən haqqında təsəvvürləriniz ölkənizin beynəlxalq qanuni sərhədləri ilə tam üst-üstə düşmədikdə, siz başqalarının qeyri-mütənasib təsirlərinə yol açmağa məcbur olursunuz. Çünki siz elə hesab edirsiniz ki, bununla qanuni sərhədlərinizlə üst-üstə düşməyən gündəmi təşviq etmək üçün güc və dəstək alırsınız”.