İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Karlo Ançelotti gələcək karyerası barədə danışıb.
Nigeriya millisinin və “Çelsi”nin sabiq futbolçusu Con Obi Mikelin “podkast” proqramına qonaq olan 66 yaşlı mütəxəssis “kral klubu”nda qalacağını deyib: “Fikrimcə, “Real Madrid” mənim son klubum olacaq. Milli komandada işləmək üçün şansımın olub-olmadığını bilmirəm. Bu barədə çox da həyəcanlı deyiləm. İşimdən zövq alıram. Bu mövsüm məşqçilik karyeramın 29-cu ili olacaq. Bu illər ərzində çox titullar qazanmışam, amma itirdiyim oyunların sayını da nəzərə almalıyıq”.
Qeyd edək ki, Karlo Ançelottinin Madrid təmsilçisi ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.