“Real” Ronaldoya oğlunun vəfatı ilə bağlı başsağlığı verdi

“Real” keçmiş futbolçusu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodrigesə yeni doğulan əkiz övladlarından oğlunun vəfatı ilə bağlı başsağlığı verib.

Bu barədə  “Real”ın yaydığı açıqlamada bildirilir:

““Real” futbol klubu, onun prezidenti, Direktorlar Şurası Ronaldo və Corcina Rodriqesə onların övladlarından birinin vəfatından dərin kədər hissi keçirdiyini bildirir. Klub onların ağrısını bölüşür və sevgilərini göndərir”.

Qeyd edək ki, oğlan övladını itirməsi haqda məlumatı Ronaldo özü açıqlayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.