“Real” yarımfinala vəsiqə qazanıb –Çempionlar Liqası

Futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

İspaniya təmsilçiləri “Real” və “Villareal” yarımfinala vəsiqə qazanıb.

“Real”-“Çelsi” qarşılaşması İngiltərə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə nəticələnsə də, iki oyunun nəticəsinə görə “Real” növbəti mərhələyə çıxıb. İlk oyunda “Real” səfərdə “Çelsi”yə 3:1 hesabı ilə qalib gəlmişdi.

Digər oyunda Münhenin “Bayern” komandası öz meydanında “Villareal”ın müqavimətini qıra bilməyib. Oyun 1:1 olub. İlk oyunda “Bayern”i 1:0 hesabı ilə məğlub etmiş İspaniya təmsilçisi iki oyunun nəticəsinə görə yarımfinala vəsiqə qazanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.