“Sizi görməyə çox şadam. Uzun müddətdir bir-birimizi görmədiyimiz üçün münasibətlərimizin bütün kompleksi haqqında danışmaq imkanımız var. Təbii ki, bütövlükdə regionda vəziyyətin necə inkişaf etməsi ilə bağlı fikirləriniz məni çox maraqlandırır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada Suriya prezidenti Bəşər Əsədlə görüşdə deyib.
Putinin sözlərinə görə, regionda vəziyyət gərgindir: “Təəssüf ki, belədir və biz bunu görürük. Bu, birbaşa Suriyaya da aiddir. Ticari-iqtisadi əlaqələrimizə gəlincə, burada da çoxlu suallar var. Perspektivli istiqamətlər də var. Ümid edirəm ki, biz də sizinlə bunu müzakirə edə bilərik. Sizi görməyə çox şadam. Xoş gəlmisiniz!”, – Putin qeyd edib.
Azpost.info