Roma Papası Fransisk dəfn olunub.
Bu barədə Vatikan məlumat yayıb.
O, Santa Maria Maggiore bazilikasında dəfn edilib.
Mərasimə Kardinal Kollegiyasının dekanı kardinal Covanni Battista Re rəhbərlik edib.
Dəfn mərasimində dünya liderləri və yüz minlərlə insan iştirak edib.
Qeyd edək ki, Papanın vəfat etdiyi gündən bəri təxminən 250 min nəfər Müqəddəs Pyotr Bazilikasına gələrək onunla vidalaşıb.